“Avropa çempionatında olmayacam” – “Real”ın qapıçısı

21 Dekabr 2023 00:10 İspaniya 514
“Avropa çempionatında olmayacam” – “Real”ın qapıçısı

Belçika millisi AÇ-2024-ün oyunlarına ciddi itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, əsas qapıçı Tibo Kurtua yığmaya kömək edə bilməyəcək.

Mövsümün əvvəlində diz bağları qopan “Real”ın qolkiperi açıqlamasında bildirib ki, Avropa çempionatına hazır olmayacaq:

“Zədəyə görə Avropa çempionatında olmayacam. Əvvəlcə yüz faiz bərpa olunmalıyam.

Ona görə də sıraya dönmə tarixini təyin etməmək daha yaxşıdır. Qismət olsa, may ayında oynaya biləcəm.

Amma hər halda, böyük turnirdə çıxış edə bilməyəcəm”.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti