Türkiyəli istedadla ilə bağlı Ançelottidən AÇIQLAMA

18 Dekabr 2023 18:40 İspaniya 2 224
Türkiyəli istedadla ilə bağlı Ançelottidən AÇIQLAMA

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli futbolçusu Arda Gülərin son durumu ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis La Liqada “Vilyarreal”a qalib gəldikləri matçdan (4:1) sonra Türkiyə millisinin üzvünün son durumu ilə əlaqədar belə deyib:

“Arda Gülər Milad bayramından sonra (25 dekabr) hazır olacaq”.

“Real” Milad bayramından sonra ilk matçında, 2024-cü il yanvarın 3-də “Malyorka”nı qəbul edəcək.

Bu ilin yayında Madrid təmsilçisinə transfer olan Arda Gülər zədə səbəbindən klubda hələ debüt edə bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti