"Mətbuatın dediklərini unudun, mən sizə özüm və yoldaşlarım haqda həqiqəti deyirəm"

18 Dekabr 2023 01:30 İspaniya 646
"Mətbuatın dediklərini unudun, mən sizə özüm və yoldaşlarım haqda həqiqəti deyirəm"

“Barselona”nın müdafiəçisi Joao Kanselo Kataloniya klubunun futbolçularının baş məşqçi Xavinin ideyalarını qəbul etməməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu həm özünün, həm də komanda yoldaşlarının Xavini dəstəklədiyini bildirib:

“Biz hamımız Xavini dəstəkləyirik. Mətbuatın dediklərini unudun, mən sizə həm özüm, həm də komanda yoldaşlarım haqqında həqiqəti deyirəm.

O, heyrətamiz insan və əfsanədir! Xavi həmişə komandaya nəyin faydalı olacağını axtarır. Onunla işləmək çox xoşdur”.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Barselona”nın bəzi futbolçularının Xavinin məşqçilik üsullarını ciddiyə almaması ilə bağlı xəbərlər yayılıb.

Xüsusilə, yarımmüdafiəçilər İlkay Gündoğan və Frenki de Yonq, hücumçu Robert Levandovski, qapıçı Mark-Andre ter Ştegenin adları çəkilir.

İspaniya çempionatının 17 turundan sonra “Barselona” 35 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti