Arda Gülər bu il "Real"da forma geyinməyəcək

17 Dekabr 2023 10:40 İspaniya 843
Arda Gülər bu il "Real"da forma geyinməyəcək

“Real”ın yarımmüdafiəçisi Arda Gülər ​​2023-cü ildə meydana çıxa bilməyəcək.

Sportinfo.az xəbər verir ki, Madrid klubu 18 yaşlı futbolçunun sağalması üçün tələsmək istəmir və hesab edir ki, oyunçuya sağalmaq üçün vaxt verilməlidir.

Türkiyəli futbolçu hələ heç vaxt “kral klubu”nun heyətində matça çıxmayıb. İyulda o, menisk zədəsi alıb, sentyabr və noyabr aylarında isə əzələ zədələnməsi diaqnozu qoyulub.

Gülər ​​2023-cü ilin iyulunda “Fənərbaxça”dan “Real”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar