Mövsümün sonunda “Real”dan ayrılacaq - Luka Modriç

16 Dekabr 2023 15:40 İspaniya 783
Mövsümün sonunda “Real”dan ayrılacaq - Luka Modriç

“Real”ın yarımmüdafiəçisi Luka Modriç bu mövsümünün sonunda Madrid təmsilçisini tərk edəcək.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi xorvatiyalı futbolçuya yeni müqavilə təklif etməmək qərarına gəlib.

Onun “Real”la hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Modriç 2012-ci ildən “kral klubu”nda çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM