“Çox mükəmməl komandadır”

16 Dekabr 2023 01:30 İspaniya 690
“Çox mükəmməl komandadır”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis La Liqanın növbəti turunda “Atletik”lə matçdan gözləntilərini də bölüşüb:

“Biz səfərdə oyunumuzu yaxşılaşdırmalıyıq və evdə etdiyimizi təkrarlamalıyıq. “Atletik” heç vaxt dəyişməmiş yüksək intensivlikli oyuna malik rəqibdir.

Meydançaya yaxşı paylanırlar, çox güclü hücumçuları və müdafiəçiləri var. Onlar çox mükəmməl komandadır, çox yaxşı mübarizə aparır və əla mövsüm keçirirlər”.

Hazırda Simeonenin komandası İspaniya çempionatının turnir cədvəlində 34 xalla üçüncüdür. La Liqanın 17-ci turu çərçivəsində keçiriləcək “Atletiko” – “Atletik” matçı dekabrın 16-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti