“Vəziyyəti düzəltməliyik, onlar bizi məhv etməyə çalışırlar”

14 Dekabr 2023 18:40 İspaniya 416
“Vəziyyəti düzəltməliyik, onlar bizi məhv etməyə çalışırlar”

“Barselona”nın vingeri Ferran Torres Çempionlar Liqasında “Antverpen”ə məğlubiyyəti (2:3) şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu vəziyyəti düzəltməli olduqlarını bildirib:

“Vəziyyəti düzəltməliyik, bu, başadüşüləndir. Amma mövsümboyu yaranmış dinamikanı dəyişməliyik və bunu edəcəyik.

Biz həmrəyik, sona qədər baş məşqçi Xavinin yanındayıq. İndi diqqətimizi La Liqaya yönəltməliyik.

Biz bu klub ətrafında mövcud olan xarici səs-küyü bilirik, onlar bizi məhv etməyə çalışırlar. Amma biz bununla mübarizə aparmalıyıq”.

“Barselona” Çempionlar Liqasının H qrupunda 6 turdan sonra 12 xalla birinci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti