"Klub razı qalsa, mən “Barselona”da qalacam”

13 Dekabr 2023 01:30 İspaniya 479
"Klub razı qalsa, mən “Barselona”da qalacam”

“Barselona”nın kapitanı Serxio Roberto komandadakı gələcəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu Xavinin (komandanın baş məşqçisi) rəhbərliyi altında oynayarkən rahat olduğunu və Kataloniya klubunda qalacağına ümid etdiyini bildirib:

“Xavinin rəhbərliyi altında özümü rahat hiss edirəm. Mən onun etibarını hiss edirəm.

Klub mövsümün sonunda çıxışımdan razı qalsa, mən “Barselona”da qalacam”.

Daha əvvəl 31 yaşlı futbolçunun karyerasını “İnter Mayami”də davam etdirə biləcəyi bildirilirdi. Roberto bu mövsüm La Liqada 4 oyun keçirib, 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti