"Yeni komanda qururuq, buna görə məni tənqid edirlər"

12 Dekabr 2023 00:20 İspaniya 554
"Yeni komanda qururuq, buna görə məni tənqid edirlər"

“Barselona”nın baş məşqçisi Xavi "Jirona"ya məğlubiyyəti (2:4) şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının bu oyundan uğursuz nəticə ilə ayrılması barədə bunları deyib:

“Jirona”nın etdikləri böyük nailiyyətdir. Bu komanda liderdir, bizə qarşı yaxşı oynadılar.

Onlar bizdən 7 xal öndədirlər və bu nəticəyə də layiqdirlər. Oyun bərabər səviyyədə keçdi, sadəcə hər şeyi detallar həll etdi.

“Barsa”nın qələbəsi də ədalətli olardı. Biz qapıya 31 zərbə endirdik. Müdafiədəki səhvlər komandaya təsirini göstərdi.

Ağır zərbə aldıq. Biz xal fərqini aradan qaldırmaq istəyirdik, amma reallıq budur.

Yeni "Barselona" qururuq, amma buna görə məni tənqid edirlər. İki addım irəliləmək üçün bir addım geriyə getmək lazımdır.

Oyunumuz pis alınmadı, amma nəticə ürəkaçan deyildi. Bu, indiyə qədər gördüyüm ən yaxşısı “Jirona”dır.

Onlar cəsarətlidirlər, sona qədər futbol oynayırlar, vaxt aparmırlar”.

“Barselona” dördüncü pillədədir və aktivində 34 xal var. “Jirona” isə 41 xalla liderdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti