“Barselona”nın ikinci ən uğursuz baş məşqçisi - XAVİ

11 Dekabr 2023 22:00 İspaniya 684
“Barselona”nın ikinci ən uğursuz baş məşqçisi - XAVİ

“Barselona”nın baş məşqçisi Xavi son qələbə faizinə görə klubun son 15 ildəki ikinci ən uğursuz məşqçisidir.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssisin qələbə faizi 62,16-dır. Hətta klubun keçmiş baş məşqçisi Kike Setyen də Xavini qabaqlayıb.

O, keçirilən matçların 64 faizində qalib gəlib.

Bu göstəriciyə görə Xavi yalnız niderlandlı mütəxəssis Ronald Kumandan (58,2%) geri qalır.

İspaniya La Liqasında keçirilən 16 turdan sonra “Barselona” 34 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Kataloniya təmsilçisi lider “Jirona”dan 7 xal geri qalır.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

2022/2023 mövsümündə komanda 43 yaşlı mütəxəssisin rəhbərliyi altında İspaniya çempionu olmaqla yanaşı, ölkə superkubokunu da qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti