“Bu qədər pula görə ora burdan nəinki təyyarə, piyada da yollanaram”

11 Dekabr 2023 10:20 İspaniya 688
“Bu qədər pula görə ora burdan nəinki təyyarə, piyada da yollanaram”

“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcək karyerası ilə bağlı sualları cavablandırıb.

Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis yeni mövsümdə Braziliya millisində işləməsinin mümkünlüyünə dair sualı şərh etmək istəmədiyini deyib.

İtaliyalı baş məşqçidən 500 milyon dollar müqabilində Səudiyyə Ərəbistanında çalışmaq arzusunda olub-olmadığı da soruşulub. Ançelotti suala zarafatla belə cavab verib:

“500 milyona Səudiyyə Ərəbistanına gedərdimmi? Bu qədər pula görə ora burdan nəinki təyyarə, piyada da yollanaram.

Əlbəttə, mən zarafat edirəm. Mənə Səudiyyə Ərəbistanından təklif yoxdur. Mənim başqa ideyalarım, məqsədlərim var. Pul barədə düşünmürəm. Bu, mənim üçün vacib deyil”.

Ançelotti 2021-ci ildən “Real”da çalışır. Onun rəhbərliyi altında Madrid komandası İspaniya çempionu, ölkə superkubokunun, Çempionlar Liqasının və Klublararası dünya çempionatının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti