Arda Güler "Real"da nə vaxt debüt edəcək?

8 Dekabr 2023 22:00 İspaniya 790
Arda Güler "Real"da nə vaxt debüt edəcək?

Zədəsini sağaldan Arda Güler yaxın günlərdə "Real"ın heyətində debüt edə bilər.

Sportinfo.az xəbər verir ki, məşqçilər korpusu türk yarımmüdafiəçiyə La Liqanın 17-ci turunun "Vilyarreal"la matçında şans verməyi planlaşdırır.

"Real" - "Vilyarreal" qarşılaşması 18 dekabr tarixində baş tutacaq.

Arda Güler "Real"a yayda "Fənərbaxça"dan transfer olunub. 18 yaşlı futbolçu zədədən əziyyət çəkdiyi üçün hələ "kral klubu"nun heyətində debüt edə bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti