COP29

“Mən mövqeyimin təhlükə altında olmasını hiss etmirəm”

5 Dekabr 2023 00:00 İspaniya 299
“Mən mövqeyimin təhlükə altında olmasını hiss etmirəm”

“Barselona”nın baş məşqçisi Xavi postundan istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu məlumatları təkzib edib:

“Mən hiss etmirəm ki, mövqeyim təhlükə altındadır. Mən xoşbəxtəm, klub prezidentinin və Dekunun etimadına sahibəm.

Əminəm ki, bu mövsüm çox yaxşı keçəcək. Komanda bir az pis oynayır, ona görə də, gözlənilən nəticəni göstərmirik.

Biz daha sabit oynamalıyıq. Çox şeyi təkmilləşdirmək lazımdır. Çox yaxşı işlər görmüşük,

indi oyunu yaxşılaşdırmalıyıq. Bu yolla bizə yaxşı nəticələr gələcək”.

“Barselona” 15 turdan sonra İspaniya çempionatının turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb. Kataloniya klubu lider “Real”dan 4 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"