“Çox ağıllı insandır, bilir ki, gələn yay klubda vəziyyət dəyişə bilər” - Prezident

6 Aprel 12:00 İspaniya 1 590
“Çox ağıllı insandır, bilir ki, gələn yay klubda vəziyyət dəyişə bilər” - Prezident

“Real”ın prezidenti Florentino Peres “Bayer”in baş məşqçisi Xabi Alonsoya rəğbətindən danışıb.

Sportinfo.az xəbər verir ki, klup prezidenti Alonsonun “kral klubu”nun baş məşqçisi olmaq üçün lazım olan hər şeyə sahib olduğuna inandığını bildirib:

“Real”da Xabi Alonsonun böyük bir fanatı var – Florentino Peres. İlk gündən ona aşiq idim, hətta futbolçu olanda belə. Üslubuna, indiki və gələcəklə bağlı fikirlərinə görə.

O, həmişə klubun sevimli oyunçularından və insanlarından biri olub və bu hiss davam edir.

Alonso çox ağıllı insandır. O, Karlo Ançelottinin əfsanəvi məşqçi olduğunu bilir və ona böyük hörmət bəsləyir.

Lakin “Real”da hər il yeni bir hekayə olur. O, bilir ki, gələn yay klubda vəziyyət dəyişə bilər”.

Daha əvvəl Alonsonun cari mövsümün sonunda “Bayer”dən ayrılmayacağı və klubda fəaliyyətini davam etdirəcəyi bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU