Xavi “Barselona”dan istefaya göndərilir? - İdman direktoru açıqladı

2 Dekabr 2023 00:00 İspaniya 429
Xavi “Barselona”dan istefaya göndərilir? - İdman direktoru açıqladı

“Barselona”nın idman direktoru Deko klubun baş məşqçisi Xavi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “FC Barcelona Noticias” məlumat yayıb.

O bildirib ki, Xavinin istefaya göndərə biləcəkləri ilə bağlı yayılan xəbərlər həqiqəti əkst etdirmir:

“Xavi bizim baş məşqçimizdir, onun bu yaxınlarda yenilədiyi müqaviləsi var. Bu söz-söhbətlərin yaranması “Barselona” üçün normaldır.

Lakin hansısa klub baş məşqçi ilə müqaviləni yeniləyəndə, deməli, mütəxəssisə güvənilir”.

Bu yaxınlarda yenilənən müqaviləyə əsasən, 43 yaşlı mütəxəssis 2024-cü ilin yayınadək klubun baş məşqçici təyin edilib.

Digər Xəbərlər
Xəbər Lenti