"Sizi inandırıram ki, o..."

1 Dekabr 2023 00:20 İspaniya 486
"Sizi inandırıram ki, o..."

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Nikolas Pazın potensialından danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Napoli” ilə matçın gənc futbolçu üçün xüsusi gecə olduğunu bildirib:

“Niko “Napoli” ilə oyunda komandaya çox kömək etdi. Onun üçün xüsusi bir axşam oldu.

Sizi inandırıram ki, o, gələcəkdə “Real”ı təmsil edəcək futbolçudur. O, burada uzun illər oynamaq üçün lazım olan bütün keyfiyyətlərə malikdir”.

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Napoli” ilə matçında 19 yaşlı yarımmüdafiəçi 84-cü dəqiqədə fərqlənib (4:2).

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada