"Mənim də başıma belə şeylər gəlib, mübahisə edirdim"

27 Noyabr 2023 15:20 İspaniya 380
"Mənim də başıma belə şeylər gəlib, mübahisə edirdim"

“Barselona”nın baş məşqçisi Xavi “Alaves”lə oyununda (2:1) komandanın hücumçusu Robert Levandovskinin komanda yoldaşı Lamin Yamala qışqırması zamanı yaranmış vəziyyəti şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis baş verənlərin normal olduğunu bildirib:

“Düşünürəm ki, onların arasında baş verənləri normal hesab etmək olar. Mənim də başıma belə şeylər gəlib.

Mən futbolçu olanda Karles Puyol, Viktor Valdes, David Vilya və Lionel Messi ilə mübahisə edirdim. Bunu qəzet arxivlərini öyrənməklə yoxlaya bilərsiz.

Bu iş zamanı hər yerdə olur, biz buna çox əhəmiyyət vermirik. Levandovski komanda yoldaşlarına həmişə kömək edənlərdəndir. O, Yamala böyük futbolçu olmasına kömək etmək əzmindədir”.

Levandovski Yamalla heç bir münaqişəsinin olmadığını və “Alaves”lə matçda baş verənlərin normal olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti