Millinin baş məşqçisinə avtomobil hədiyyə etdilər – Bu ölkədə

27 Noyabr 2023 01:30 İspaniya 862
Millinin baş məşqçisinə avtomobil hədiyyə etdilər – Bu ölkədə

Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev bildirib ki, Qazaxıstan Futbol Federasiyası komandanın AÇ-2024-ün seçmə mərhələsindəki çıxışından sonra ona avtomobil hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis avtomobilin açarları ilə fotosunu sosial şəbəkədə paylaşıb:

“Mən özümü bu hədiyyəyə qismən layiq hesab etmirəm. Çünki fikrimcə, həm məşqçi, həm də komanda olaraq azarkeşlər qarşısında hələ istədiyimiz nəticələri əldə etməmişik.

Biz məqsədimizə çatmaq və Avropa çempionatına çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Qazaxıstan yığması 18 xalla H qrupunda dördüncü yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada