"Barselona" Premyer Liqadan əvəzləyici tapdı - Qaviyə

23 Noyabr 2023 00:00 İspaniya 474
"Barselona" Premyer Liqadan əvəzləyici tapdı - Qaviyə

Qavi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağı üçün "Barselona" onun mövqeyinə oyunçu axtarır.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi "Tottenhem"in yarımmüdafiəçisi Covani Lo Çelsonu komandasında görmək istəyir.

"Barselona" argentinalı futbolçunu icarəyə götürmək üçün yanvar ayında onun klubuna təklif göndərəcək.

"Tottenhem" Covani Lo Çelsonu 2019-cu ilin yayında "Betis"dən transfer edib. 27 yaşlı orta xətt oyunçusu cari mövsümdə London təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti