COP29

"Onların qələbəsi oyuna görə yadda qalmayacaq, başqa şeylərlə yadda qalacaq"

22 Noyabr 2023 00:20 İspaniya 330
"Onların qələbəsi oyuna görə yadda qalmayacaq, başqa şeylərlə yadda qalacaq"

“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike “Real”ın Çempionlar Liqasındakı son qələbəsinin xatırlanmayacağı ilə bağlı fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Pike, “Real”ın qələbəsinin oyunla yox, başqa şeylərlə yadda qalacağını bildirib:

“Bu, kontekstdən çıxarılan ifadənin tipik nümunəsidir. Bunu 20 min dəfə izah edə bilərəm.

Çempionlar Liqasını qazanmaq çox şey deməkdir. “Real”ı aşağılamaq istəmirəm, amma necə qalib gəldiyin önəmlidir.

“Barselona”nın qazandığı 5 Çempionlar Liqası, La Liqada qalib gəldiyi və fərqləndiyi 5 mövsüm olub.

“Real”ın Çempionlar Liqasındakı son qələbəsi göstərdi ki, onlar nə iki oyunlu qarşılaşmalarda, nə də finalda rəqiblərindən üstün olmadılar.

Onların qələbəsi oyuna görə yadda qalmayacaq, başqa şeylərlə yadda qalacaq”.

“Real” 2021/22 mövsümündə final matçında “Liverpul”u məğlub edərək (1:0), 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Pike 2008-2022-ci illərdə “Barselona”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!