"Mənimlə maraqlananlar olub" - İspaniyaya dönmək istəmir

18 Noyabr 2023 10:20 İspaniya 964
"Mənimlə  maraqlananlar olub" - İspaniyaya dönmək istəmir

“Əl-Əhli”nin yarımmüdafiəçisi Qabri Veiqi yanvarda İspaniyanın “Selta” klubuna qayıdacağına dair şayiələrə cavab verib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu bütün diqqətini indiki klubuna yönəltdiyini deyib:

“Çempionlar Liqasında iştirak edən klublardan maraqlananlar olub. Lakin “Əl-Əhli”də xoşbəxtəm.

Bütün diqqətimi “Əl-Əhli”yə yönəltmişəm və klubla Səudiyyə Ərəbistanı çempionluğunu qazanmaq istəyirəm”.

Yarımmüdafiəçi bu mövsüm “Əl-Əhli”nin heyətində bütün turnirlərdə 12 matçda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM