“Barselona”nın hücumçusu Premyer Liqaya qayıdacaq?

16 Noyabr 2023 15:40 İspaniya 867
“Barselona”nın hücumçusu Premyer Liqaya qayıdacaq?

“Barselona”nın hücumçusu Ferran Torres gələcəkdə İngiltərəyə qayıda bilər.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində “Nyukasl” maraqlıdır. “Barselona”nın hücumçu üçün layiqli təklif alarsa, onu buraxmağa hazır olduğu bildirilir.

Torres 2020-2021-ci illərdə İngiltərədə “Mançester Siti”də çıxış edib.

23 yaşlı forvard 2023/24 mövsümündə 16 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM