“Başqa klubda işləmək imkanı varmı? Mən bunu istisna etmirəm"

15 Noyabr 2023 21:40 İspaniya 700
“Başqa klubda işləmək imkanı varmı? Mən bunu istisna etmirəm"

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone milli komandada işləmək istəyib-istəməməsi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis milli komanda ilə işləməyin çox çətin olduğunu bildirib:

“Başqa klubda işləmək imkanı varmı? Mən bunu istisna etmirəm. Düşünürəm ki, gec-tez bu baş verəcək. Milli komanda? Xeyr, bu baş verməyəcək. Bu, çox çətindir”.

53 yaşlı Simeone 2011-ci ilin dekabrından “Atletiko”nun baş məşqçisidir.

Onun klubla müqaviləsi 2027-ci ilin iyunun sonuna qədər nəzərdə tutulub. Komanda onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM