Problemləri bitməyən Arda yenidən sıradan çıxdı

11 Noyabr 2023 15:20 İspaniya 888
Problemləri bitməyən Arda yenidən sıradan çıxdı

“Real”ın yarımmüdafiəçisi Arda Gülər yenidən zədələnib.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı futbolçu bu səbəbdən Madrid təmsilçisinin “Valensiya” ilə oyun üçün son məşqini də buraxıb.

Arda komandadan ayrı şəkildə, idman salonunda məşq edir.

Bu, Arda Gülərin “Real”a transfer olunduqdan sonra 3-cü zədəsidir. O, iyul ayında “Fənərbaxça”dan “kral klubu”na keçsə də, hələ də yeni klubunda debüt etməyib.

“Real” – “Valensiya” oyunu bu gecə, saat 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM