Baş məşqçi ilə müqaviləni 4 illik uzatdı – Paytaxt təmsilçisi

10 Noyabr 2023 22:00 İspaniya 610
Baş məşqçi ilə müqaviləni 4 illik uzatdı – Paytaxt təmsilçisi

“Atletiko” baş məşqçi Dieqo Simeone ilə müqaviləni uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Yeni müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 53 yaşlı mütəxəssisin əvvəlki sözləşməsi 2024-cü ilin yayına qədər idi.

Simeone 2011-ci ilin dekabrından Madrid klubunun baş məşqçisidir. Həmin vaxtdan onun komandası 642 oyun keçirib,

380 dəfə qələbə qazanıb, 145 dəfə heç-heçə edib və 117 dəfə məğlub olub. “Atletiko”nun bu mövsüm La Liqada 25 xalı var və 4-cü yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti