“Əminəm ki, o,bütün karyerasını “Real”da keçirmək istəyəcək”

9 Noyabr 2023 00:20 İspaniya 649
“Əminəm ki, o,bütün karyerasını “Real”da keçirmək istəyəcək”

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanın agenti Conatan Barnett Madrid klubu ilə müqavilənin uzadılması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, fransalı futbolçunun “Real”da xoşbəxt olduğunu bildirib:

“Bu Kamavinqa üçün arzudur. Madrid klubu ilə uzunmüddətli müqavilə imzalamaq hər kəsin arzusudur.

Bura onun xoşuna gəlir. Əminəm ki, o, bütün karyerasını “Real”da keçirmək istəyəcək”.

Noyabrın 7-də Kamavinqa yenidən “Real”la 2029-cu ilə qədər olan müqavilə imzalayıb.

20 yaşlı futbolçu 2021-ci ilin avqustunda “Renn”dən “Real”a keçib. Onun transfer məbləği 31 milyon avro olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti