"Real"la razılıq əldə etdi - "Bavariya"nın müdafiəçisi

30 Mart 15:40 İspaniya 752
"Real"la razılıq əldə etdi - "Bavariya"nın müdafiəçisi

"Bavariya"nın müdafiəçisi Alfonso Deyvis yeni mövsümdə karyerasını ispaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, kanadalı futbolçu "Real"la razılıq əldə edib.

Madrid təmsilçisi Almaniya klubu ilə təzminat məsələsində razılığa gəlsə, transfer abş tutacaq.

"Bavariya" Alfonso Deyvisi 2019-cu ilin yanvar ayında "Vankuver"dən transfer edib.

23 yaşlı sol cinah müdafiəçisi bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti