Premyer Liqa klubu istəyir - Portuqaliya millisinin yarımmüdafiəçisini

15 Mart 2023 01:30 İspaniya 422
Premyer Liqa klubu istəyir - Portuqaliya millisinin yarımmüdafiəçisini

"Fulhem"in yarımmüdafiəçisi Joao Palinya "Liverpul"un maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı portuqaliyalı uğrunda mübarizədə favorit hesab olunan Mersisayd klubudur.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Palinyaya Cud Bellinqhemə alternativ olaraq görür.

İngiltərə millisinin üzvününün transferini həll etmək mümkün olmasa, portuqaliyalının keçidi yayda baş tuta bilər.

27 yaşlı futbolçu “Sportinq”, “Moreyrense”, “Belenenseş”, “Braqa”da oynadıqdan sonra 2022-ci ildə “Fulhem”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?