"Burada söhbət puldan getmir" - “Barselona”nın prezidenti Messinin atası ilə görüşdü

8 Mart 2023 15:40 İspaniya 519
"Burada söhbət puldan getmir" - “Barselona”nın prezidenti Messinin atası ilə görüşdü

“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin atası ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, o, son dünya çempionuna hörmət etdiyini vurğulayıb:

“Leonun atası ilə görüşdük. Onu DÇ-2022-dəki qələbə münasibətilə təbrik etdim.

Messiyə hörmət edirəm. Bu səbəbdən, başqa klubun futbolçusu haqda danışmaq istəmirəm. Bu məsələdə söhbət puldan getmir”.

35 yaşlı argentinalı hücumçu 2005-2021-ci illərdə “Barsa”nın formasını geyinib. O, La Liqa təmsilçisinin heyətində 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.

Messi hazırda PSJ-də çıxış edir. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Cari mövsümdə o, paytaxt təmsilçisinin heyətində 28 oyuna çıxıb, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR