“Real” “qol dueli”ndə uduzdu, liderliyi də əldən verdi – VİDEO

8 Noyabr 2022 10:00 İspaniya 693
“Real” “qol dueli”ndə uduzdu, liderliyi də əldən verdi – VİDEO

Sportinfo.az xəbər verir ki, İspaniya La Liqasının XIII turunun maraqlı qarşılaşmalarından biri Madriddə baş tutub.

Paytaxtın iki təmsilçisi – “Rayo Valeykano” və “Real Madrid” birincilərin meydanında üz-üzə gəliblər.

Azarkeşlərin gərgin və maraqlı oyuna şahidlik etdikləri qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Tərəflərin ümumilikdə beş dəfə fərqləndikləri “qol dueli”nin məğlubu “Real Madrid” olub – 3:2.

Bu nəticə ilə ardıcıl ikinci oyunda da qalib gələ bilməyən “Real Madrid” (bundan öncəki tur “Jirona” ilə 1:1 hesablı heç-heçə etmişdi – red.) liderlik mövqeyini “Barselona”ya təhvil verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR