"Biz ondan ən yaxşısını etməsini gözləyirdik, mən özünə dedim ki..."

6 Noyabr 2022 18:40 İspaniya 603
"Biz ondan ən yaxşısını etməsini gözləyirdik, mən özünə dedim ki..."

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 13-cü turunun “Almeriya” ilə matçından sonra (2:0) müdafiəçi Jerar Pikenin peşəkar karyerasında son oyununu keçirməsini şərh edib.

Sportinfo.az xəbər verir ki, Xavi Pikeyə çox minnətdar olduqlarını bildirib:

“Hər kəs üçün tarixi bir axşam oldu, xüsusən də, Pike üçün. O, əla oyun göstərdi və biz ondan ən yaxşısını etməsini gözləyirdik.

Mən ona dedim ki, o, komandanın əfsanəsidir. Biz ona çox minnətdarıq”.

Pike “Barselona”nın yetirməsidir. Noyabrın 3-də 35 yaşlı futbolçu “Barselona”dan ayrılacağını və peşəkar karyerasını bitirəcəyini açıqlamışdı.

Pike Kataloniya klubunda 14 il ərzində 8 dəfə La Liqa çempionu olub, 7 dəfə İspaniya kubokunu, 6 dəfə superkubokunu qazanıb.

O, həmçinin 3 dəfə Çempionlar Liqasının, UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR