"Mən bütün sahələrdə, hətta video oyunlarında uduzmağa nifrət edirəm"

6 Noyabr 2022 12:00 İspaniya 501
"Mən bütün sahələrdə, hətta video oyunlarında uduzmağa nifrət edirəm"

“Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri məğlubiyyətlərə dözməyin onun üçün çətin olduğunu etiraf edib.

Sportinfo.az xəbər verir ki, Pedri uduzmağa nifrət etdiyini bildirib:

“Məğlubiyyəti çox ağır qəbul edirəm. Mən bütün sahələrdə, hətta video oyunlarında uduzmağa nifrət edirəm.

Uduzsam, Messi və ya Kriştiano Ronaldoya təslim olmağa üstünlük verərdim.

Azarkeşlərə cəlbedici, yaxşı oynanan futbol təqdim etməyi xoşlayıram. Amma düzünü desəm, həmişə oyundan həzz almırsız. Qalib gələndə sevinirsən. Bu, əsas məqsəddir”.

Pedri 2020-ci ildə “Las Palmas”dan “Barselona”ya keçib. Bu mövsüm 19 yaşlı futbolçu “Barsa” ilə 12 matçda iştirak edib və iki qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR