Messinin və "Barselona"nın adamları toplandı – Qayıdış reallaşır?

5 Noyabr 2022 18:40 İspaniya 613
Messinin və "Barselona"nın adamları toplandı – Qayıdış reallaşır?

PSJ-nin ulduzu Lionel Messinin nümayəndələri Kataloniyada “Barselona”nın rəsmiləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.

Görüş zamanı argentinalı hücumçunun Kataloniya klubuna mümkün qayıdışını müzakirə edilib.

Bildirilib ki, bu həftə Barselona restoranlarından birində reallaşan görüşdə iştirak edənlər arasında baş məşqçi Xavinin qardaşı Aleks Hernandes, PSJ-nin hücumçusunun qardaşı Rodriqo Messi və “Barselona”nın müqavilə və brend strateqi Fernando Solanas olub.

Kataloniya klubu rəhbərliyi bir neçə dəfə klubun Messini komandaya qaytarmağı hədəflədiyini açıqlayıb.

Messi ötən ilin yayında "Barselona"dan azad agent kimi ayrılıb və PSJ ilə müqavilə imzaıayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR