"Əlverişsiz şərait onu karyerasını bitirməyə məcbur etdi"

5 Noyabr 2022 00:20 İspaniya 535
"Əlverişsiz şərait onu karyerasını bitirməyə məcbur etdi"

"Barselona"nın baş məşqçisi Xavi Ernandes futbbolçusu Jerar Pikenin klubdan ayrılmaq və karyerrasını başa vurmaq barədə qərarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, vaxtı ilə 35 yaşlı müdafiəçi ilə Kataloniya təmsilçisində komanda yoldaşı olan 42 yaşlı mütəxəssis deyib:

"Sabah "Almeriya" ilə qarşılaşacağıq.Bu matç Pikenin vida oyunu olacaq. O, mümkün olan bütün təşəkkür sözlərinə layiqdir.

Onunla eyni komandada olduğum üçün şanslı idim. Əlverişsiz şərait onu karyerasını bitirməyə məcbur etdi.

Daha az oynayır, özünü daha az faydalı hiss edir. Buna görə də getməyə qərar verdi.O

nun müqaviləsi var idi, maaş almağa davam edə bilərdi, amma bunu etmək qərarına gəldi. Pikeyə ən yaxşısını arzulayıram və ümid edirəm ki, "Barselona" azarkeşləri onu əfsanə kimi xatırlayacaqlar."

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike 2004-cü ildə "Mançester Yunayted"ə keçib. 2006-cı ildə müdafiəçi "Real Saraqosa"ya bir illik icarəyə verilib.

2008-ci ildə isə Kataloniya klubuna qayıdıb. O, şənbə günü La Liqanın 13-cü turunda "Almeriya" ilə "Nou Kamp"da keçiriləcək oyunun onun üçün sonuncu olacağını bildirib.

Xavi "Barselona"nın yetirməsi olub və 1998-2015-ci illərdə klubun əsas komandasının formasını geyinib. Xavi 2021-ci ilin noyabrından La Liqa təmsilçisini çalışdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR