"Barselona"dan ayrılacağını və karyerasını başa vuracağını açıqlayan Jerar Pike klubun ona ödəməli olduğu 52 milyon avrodan imtina edib.
Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bu məbləğə "Barselona"nın koronavirus pandemiyasına görə təxirəsaldığı ödənişlər və futbolçunun cari mövsümdəki maaşının bir hissəsi daxildir. Lakin 35 yaşlı müdafiəçi məbləği Kataloniya təmsilçisinə bağışlayıb.
"Barselona"nın yetirməsi olan Pike 2004-cü ildə "Mançester Yunayted"ə keçib. 2006-cı ildə müdafiəçi "Real Saraqosa"ya bir illik icarəyə verilib.
2008-ci ildə isə Kataloniya klubuna qayıdıb.
O, şənbə günü La Liqanın 13-cü turunda "Almeriya" ilə "Nou Kamp"da keçiriləcək oyunun onun üçün sonuncu olacağını bildirib.

