"Arzum milliyə qayıdıb bu dünya çempionatında oynamaqdır"

4 Noyabr 2022 02:30 İspaniya 466
"Arzum milliyə qayıdıb bu dünya çempionatında oynamaqdır"

PSJ-nin müdafiəçisi Serxio Ramos 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında İspaniya yığmasında oynamaq arzusundan danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu, özünü yaxşı hiss etdiyini deyib:

“Hər kəs bu rəngləri qorumağın nə qədər vacib olduğunu bilir. Özümü yenidən yaxşı hiss edirəm və hazır olacam.

Amma bu, təbii ki, məndən deyil, çox hörmət etdiyim baş məşqçi Luis Enrikedən asılıdır. Arzum milliyə qayıdıb bu dünya çempionatında oynamaqdır. Ümid edirəm ki, Qətərdə ola bilərəm”.

Daha əvvəl bildirilmişdi ki, DÇ-2022 üçün İspaniya millisinin genişləndirilmiş siyahısına Ramos da daxil olmaqla, 55 futbolçu daxil edilib.

İspaniya millisi DÇ-2022-də Almaniya, Yaponiya və Kosta-Rika ilə E qrupunda mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR