İspaniya klubu yeni baş məşqçisinin adını açıqladı - FOTO

3 Noyabr 2022 10:20 İspaniya 708
İspaniya klubu yeni baş məşqçisinin adını açıqladı - FOTO

"Selta"nın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisini Karlos Karvalhal çalışdıracaq.

56 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Portuqaliyalı çalışdırıcı artıq komandanı məşqə çıxarıb.

Son iş yeri "Əl Vahda" olan Karlos Karvalhal "Selta"nın baş məşqçisi postunda bu gün istefaya göndərilən Eduardo Koudeti əvəz edib.

Digər Xəbərlər
Xəbər Lenti