"Barselona" dəyişir və ən yaxşı komanda olacaq”

1 Noyabr 2022 01:40 İspaniya 509
"Barselona" dəyişir və ən yaxşı komanda olacaq”

"Barselona"nın hücumçusu Robert Levandovski Kataloniya klubunun yenidən ən yaxşısı olacağına inanır.

Sportinfo.az xəbər verir ki, polşalı forvard AS-a açıqlamasında komandanın gələcəyi haqda nikbin olduğunu deyib:

"Barselona" dəyişir. Bəli, bu zaman alır. Əminəm ki, "Barselona" təkmilləşəcək və hətta ən yaxşı komanda olacaq.

Xavi nə edəcəyini bilir. Məşqçi kimi böyük təcrübəyə malik olmasa da, inanılmaz oyunçu karyerasında yaşadığı hər şey ona kömək etdi".

"Barselona" hazırda La Liqada 31 xalla 2-ci pillədə qərarlaşıb. Komandanı lider "Real"dan 1 xal ayırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR