"Barselona" bu keçid üçün “qollarını çırmaladı”

31 Oktyabr 2022 18:40 İspaniya 741
"Barselona" bu keçid üçün “qollarını çırmaladı”

"Barselona" yayda "Bayer"in (Leverkuzen) futbolçusu Mussa Diabini transfer etməkdə maraqlıdı.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi Diabi üçün indidən hərəkətə keçib.

"Arsenal"ın da transfer siyahısında yer almış 22 yaşlı yarımmüdafiəçi Leverkuzendə qalmışdı. Fransalı bu mövsüm "Bayer"in heyətində 18 oyuna çıxıb, 4 qol vurub və 4 assist edib.

Onun Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.

PSJ-nin sabiq üzvü "Krotone"də icarə əsasında oynadıqdan sonra 2019-cu ildə "Bayer"ə keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR