“Barselona”nın transfer gündəmi - Torresi onunla əvəz etmək istəyir

31 Oktyabr 2022 15:40 İspaniya 636
“Barselona”nın transfer gündəmi -  Torresi onunla əvəz etmək istəyir

“Barselona” növbəti mövsüm üçün “Bayer”in (Leverkuzen) yarımmüdafiəçisi Mussa Diabi ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Ferran Torres gələn mövsüm daha çox oynamaq üçün klubu tərk etməyi planlaşdırır və Diabi “Barsa” tərəfindən onun əvəzləyicisi kimi qəbul edilir.

Yayda 22 yaşlı Torresə “Arsenal”dan təklif gəldiyi bildirilirdi.

O, bu mövsüm “Barselona”nın heyətində 15 matçda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

23 yaşlı Diabi 2022/23 mövsümündə “Bayer”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR