“Real” Madriddə autsayderlə bacarmadı - VİDEO

31 Oktyabr 2022 00:10 İspaniya 1 042
“Real” Madriddə autsayderlə bacarmadı - VİDEO

İspaniya La Liqasında 12 turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, “Santyaqo Bernabeu”da turnir cədvəlində sondan ikinci olan “Jirona”nı qəbul edən Madrid “Real”ı gözləntilərin əksinə olaraq rəqibi ilə bacara bilməyib - 1:1.

Oyunun son dəqiqələrində madridlilərin qələbə qolu ofsayd səbəbindən hesaba alınmayıb. Bu azmış kimi, iki dəqiqə sonra Kroos qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Buna baxmayaraq komandaya ilk pilləyə qayıtmaq üçün 1 xal da kifayət edib.

Kral klubu “Barselona”nın dünənki qələbəsindən sonra müvəqqəti olaraq ikinci pilləyə düşmüşdü. Bu nəticədən sonra əzəli rəqiblər arasındakı fərq 1 xala qədər azalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR