"Real"ın yarımmüdafiəçisi Luka Modriçin İngiltərəyə qayıtmaq variantı yaranıb.
Sportinfo.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin xidmətində "Tottenhem" maraqlıdı.
O, ABŞ-dan təkliflər alsa da, sabiq komandasına qayıtmaq istəyir.
Təcrübəli futbolçu 2008-2012-ci illərdə London klubunun formasını geyinib. 2012-ci ildə isə "Real"a transfer olub.

