Braziliyalı müdafiəçi "Barselona"nın gənclər komandasına üz tutdu

29 Oktyabr 2022 15:40 İspaniya 490
Braziliyalı müdafiəçi "Barselona"nın gənclər komandasına üz tutdu

Braziliyalı müdafiəçi Dani Alveş "Barselona"nın gənclər komandası ilə məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı futbolçu gələn ay Qətərdə təşkil ediləcək dünya çempionatı üçün Braziliya yığmasının heyətində yer alacağına ümid edir.

Son olaraq UNAM-da çıxış etmiş Alveş formadan düşməmək üçün "Barselona"nın gənclər komandasında məşq edir.

Meksika liqasında mövsüm oktyabrın 1-də başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR