“Vəziyyət elə inkişaf etdi ki, heç nə bizim xeyrimizə olmadı"

28 Oktyabr 2022 10:20 İspaniya 520
“Vəziyyət elə inkişaf etdi ki, heç nə bizim xeyrimizə olmadı"

“Barselona”nın idman direktoru Mateu Alemani komandanın Çempionlar Liqasının qrup mərhələsindəki çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, o, məğlubiyyətlərdən dərs almalı olduqlarını deyib:

“Vəziyyət elə inkişaf etdi ki, heç nə bizim xeyrimizə olmadı. Bizi bu nəticəyə gətirən vəziyyətləri təhlil etmək üçün çox vaxt sərf edə bilərik.

Bununla belə, biz dərs alıb, irəli getməliyik – qarşıda müxtəlif turnirlərdə çoxlu oyunlar var.

Düşünürəm ki, Münhendə “Bayern”ə uduzmağa layiq deyildik. “İnter”lə Milandakı matçda anlaşılmaz hakim qərarları var idi.

Biz hakimlərin səhv etdiyini bilirik, amma bunu ekran arxasında oturub müzakirə etməyin mənası yoxdur. Ancaq bu matçlar bütün qrup mərhələsini müəyyənləşdirdi”.

“Barselona” “İnter”in “Viktoriya” (Plzen) üzərində qələbəsindən sonra ÇL-də qrupdan çıxmaq şansını itirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR