Levandovski "Barselona"ya keçdiyinə görə peşman deyil: “ACAM”

28 Oktyabr 2022 00:20 İspaniya 657
Levandovski "Barselona"ya keçdiyinə görə peşman deyil: “ACAM”

"Barselona"nın hücumçusu Robert Levandovski Kataloniya klubuna keçmək qərarından peşman olmadığını bildirib.

Sportinfo.az xəbər verir ki, o, "L'Equipe" nəşrinə açıqlamasında deyib:

“Mən doğru zamanda doğru yerdəyəm. Möhtəşəm klubda olduğum üçün xoşbəxtəm, böyük emosiyalar hiss edirəm. Mən həmişə uğurlara acam".

Levandovski bu ilin yayı "Bavariya"dan "Barselona"ya transfer olub.

Kataloniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Bavariya"ya 0:3 hesabı ilə uduzub və komandanın qrupda qalacağı və mübarizəni Avroliqada davam etdirəcəyi dəqiqləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR