"Mən “Barselona”ya məşqçi və ya idman direktoru kimi qayıtmaq istəyirəm"

27 Oktyabr 2022 12:00 İspaniya 550
"Mən “Barselona”ya məşqçi və ya idman direktoru kimi qayıtmaq istəyirəm"

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Kataloniya klubuna idman direktoru və ya məşqçi kimi qayıtmaq istədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı keçmiş klubuna oyunçu kimi geri dönməyin mümkünsüz olduğunu deyib:

“Barselona”nın oyunçusu kimi mənim dövrüm artıq başa çatıb. Orada futbolçularla rəqabət aparmaq mümkün olmayacaq, onlar gənc və fiziki cəhətdən güclüdürlər.

Mən “Barselona”ya məşqçi və ya idman direktoru kimi qayıtmaq istəyirəm. Amma əvvəlcə müxtəlif sahələrdə öyrənməliyəm, sonra baxarıq”.

38 yaşlı yarımmüdafiəçi hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edir.

İnyesta 2002-2018-ci illərdə “Barselona”da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR