"Vilyarreal"ın yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Kike Setyenə tapşırılıb.
Onunla 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
64 yaşlı mütəxəssis bu vəzifədə Unay Emerini əvəzləyib.
Kike Setyenin son klubu "Barselona" olub. O, 2020-ci ildə Kataloniya təmsilçisindən ayrılıb.

