“Bilirdik ki, çox təzyiq göstərəcək” – Xavi

24 Oktyabr 2022 21:40 İspaniya 724
“Bilirdik ki, çox təzyiq göstərəcək” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 11-ci turunda “Atletik”lə oyunda (4:0) əldə etdikləri qələbədən danışıb.

Sportinfo.az xəbər verir ki, o, oyunun gərgin keçdiyini deyib:

“Biz yüksək ritmli, çox gərgin oyun olacağını gözləyirdik. Bilirdik ki, rəqib bizə çox təzyiq göstərəcək.

Lakin biz üstünlük əldə edə bildik. Osman Dembele yaxşı oyun göstərdi. Komanda yoldaşları onu yaxşı başa düşürdü”.

Bu qələbədən sonra “Barselona” 28 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 18 xalı olan “Atletik” altıncı pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR