“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” bu qış “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməyə hazırdır.
Sportinfo.az xəbər verir ki, futbolçu kataloniyalılardan ayrılmaq istəyəcəyi təqdirdə, İngiltərə klubları 25 yaşlı niderlandlının transferi üçün təkliflə çıxış edəcək.
Yayda “Barsa” oyunçunu satmaq istəyirdi, lakin De Yonq özü klubda qalmağı seçib.
Yarımmüdafiəçi bu mövsüm La Liqada 9 oyun keçirib, 1 qol vurub.
“Barselona” 10 oyundan sonra 25 xalla 2-ci yerdədir.

