"Hansı mövqedə oynamağım mənim üçün fərq vermir"

24 Oktyabr 2022 00:20 İspaniya 620
"Hansı mövqedə oynamağım mənim üçün fərq vermir"

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandasının La Liqanın 10-cu turu çərçivəsində “Vilyarreal” üzərində qazandığı qələbəni (3:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, niderlandlı bu qələbəyə ehtiyacları olduğunu deyib:

“Son həftələrdə qazandığımız pis nəticələrdən sonra qələbəyə ehtiyacımız var idi. Bu, komandadakı atmosfer üçün çox vacibdir.

Hansı mövqedə oynamağım mənim üçün fərq vermir. Oyunda fəal iştirak edəndə və bu oyunda olduğu kimi, daim topa toxunanda özümü rahat hiss edirəm”.

La Liqada 10 turdan sonra “Vilyarreal” 15 xalla 9-cu pillədə qərarlaşıb. “Barselona” isə 25 xalla 2-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR